Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11269
az

Hər evdə olan bu adi 3 məhsul qaraciyəri xəstəliklərdən qoruyur

23:3325 Mart, 2019
983
CƏMİYYƏT
  • A
 Baxmayaraq ki, qaraciyər ən möhkəm və dözümlü orqanlardan sayılır, onun xəstəliklərinə, xüsusilə də son vaxtlar, çox tez-tez rast gəlinir.

Qaraciyərin sağlamlığını qorumaq üçün bəzi adi, əlçatan və hər evdə olan məhsullar yardım edir.
 
Oxu24.com saglamolun.az-a istinadən 3 belə məhsulun adını açıqlayır.

1. Çay

Bəli, adi hər gün içdiyimiz qara çay qaraciyər üçün çox faydalıdır.

Amerikanın National Institute of Diabetes Digestive Kidney Diseases institutunun alimləri 19 il ərzində 10 minə yaxın insanın qidalanma vərdişlərinə nəzarət etdikdən sonra aşkar ediblər ki, hər gün ən azı 2 fincan çay içən insanlarda qaraciyər xəstəliklərinə bu içkini içməyən və ya nadir hallarda içən insanlarla müqayisədə qaraciyər xəstəliklərinə 2 dəfə az rast gəlinir.  

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi çayda olan kofeindir.

2. Sarıkök

Möcüzəvi xüsusiyyətlərə malik olan sarıkök qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.

Sarıkökün müntəzəm istehlakı qaraciyərin fəaliyyətini yaxşılaşdırır, möhkəmləndirir, qaraciyərin piylənməsinin qarşısını alır.

Nəzərinizə çatdıraq ki, qaraciyərdə yığılan piy onun fəaliyyətini pozur, orqanda geriyədönməz dəyişikliklərin inkişafına səbəb olur, sirroz və xərçəngin riskini xeyli artırır.

3. Alma

Polifenollar, pektin, liflər və orqanik turşular sayəsində alma qaraciyəri əla təmizləyir, bu orqanın piylənməsinin riskini azaldır.

Qaraciyəri sağlam saxlamaq üçün mütəxəssislər hər gün 2 alma (qabıqlı) yeməyi tövsiyə edirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi