Sentyabr ayında pul içində üzəcək BÜRCLƏR
10 Sentyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
392
19.06.2024, 22:28
Kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi genişlənir. Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
Sığorta iribuynuzlu və xırdabuynuzlu heyvanları əhatə edir.
Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr xidmətindən OXU24.COM -a bildirilib ki, aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.
Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.
Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.
Qanunvericiliyə əsasən, kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2 faiz arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır. Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq, cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.
Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.
Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.
Fermerlər Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığorta haqlarını kalkulyator vasitəsilə özləri də hesablaya bilərlər.
23:14 / 10 Sentyabr 2026
162
23:08 / 10 Sentyabr 2026
53
23:03 / 10 Sentyabr 2026
63
23:00 / 10 Sentyabr 2026
47
22:53 / 10 Sentyabr 2026
48
22:44 / 10 Sentyabr 2026
55
22:40 / 10 Sentyabr 2026
1616
22:36 / 10 Sentyabr 2026
54
22:28 / 10 Sentyabr 2026
54
22:20 / 10 Sentyabr 2026
59
21:54 / 10 Sentyabr 2026
217
21:50 / 10 Sentyabr 2026
61
21:35 / 10 Sentyabr 2026
72
21:30 / 10 Sentyabr 2026
102
21:27 / 10 Sentyabr 2026
57
21:20 / 10 Sentyabr 2026
65
21:16 / 10 Sentyabr 2026
67
21:15 / 10 Sentyabr 2026
65
21:06 / 10 Sentyabr 2026
72
20:51 / 10 Sentyabr 2026
119
20:50 / 10 Sentyabr 2026
64
20:40 / 10 Sentyabr 2026
65
20:38 / 10 Sentyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.