Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

2019-03/1553503589_isiq.jpg

CƏMİYYƏT

742

25.03.2019, 12:45

\"\" Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu24.com xəbər verir ki, bu barədə \"Azərişıq\" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Qurum rəsmisi bildirib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır: \"Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq\". O əlavə edib ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək: \"Azərişıq\" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir\".