Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada bədbəxt hadisə: Rusiya vətəndaşı öldü

Zaqatalada bədbəxt hadisə: Rusiya vətəndaşı öldü

CƏMİYYƏT

248

07.06.2024, 12:00

Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Oxu24.com APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı Akif Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb.

Hadisə zamanı ağır xəsarətlər alan A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A. Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.