Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110684
az

Kolleclərdə yoxlama - Direktorlar işdən çıxarıldı

11:4003 İyun, 2024
115
CƏMİYYƏT
  • A

Orta ixtisas təhsili müəssisələrində (kollec) keçirilən ilkin monitorinqlər yekunlaşıb.

Oxu24.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, agentlik Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirib:

"Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb. Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib".

Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var