Pensiya, maaş, “uşaqpulu”, müavinət – Gələn ilin artımları AÇIQLANDI
07 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
17.05.2024, 16:54
Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Oxu24.com xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisindəki "Azərbaycan otağı"nda keçirilən görüşdə bu təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan BMT və onun institutları ilə yaxından əməkdaşlıq edir. Görüşdə müasir qlobal çağırışların həllində parlament ölçüsünün əhəmiyyəti diqqətə çatdırılıb.
"Azərbaycan otağı"nın Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulanaraq, Fondun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, o cümlədən, Heydər Əliyev Fondunun BMT-nin layihələrində fəal iştirakı təqdir edilib.
Söhbət zamanı, Milli Məclisin sədri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi səylərin tanınmasının nəticəsi olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova bu sessiya çərçivəsində Parlamentlərarası İttifaqla Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament konfransı haqqında da məlumat verib.
Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan parlamenti və onun beynəlxalq fəaliyyəti haqqında da danışıb. Həmçinin İsveçrəyə səfər və Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası haqqında məlumat verib.
Görüşdən məmnunluğunu bildirən BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb.
Bakıya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, o cümlədən, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünü məmnunluqla xatırlayan Tatyana Valovaya, bu təşkilatla Azərbaycan arasında münasibətlərə dair faydalı müzakirələr apardığını bildirib.
Baş direktor, Azərbaycanın COP29-a evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək, ölkəmizin “yaşıl enerji” sahəsində atdığı uğurlu addımların əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
14:18 / 07 Noyabr 2026
1
13:57 / 07 Noyabr 2026
145
13:41 / 07 Noyabr 2026
424
13:27 / 07 Noyabr 2026
161
13:12 / 07 Noyabr 2026
90
13:03 / 07 Noyabr 2026
325
12:49 / 07 Noyabr 2026
90
12:45 / 07 Noyabr 2026
103
12:45 / 07 Noyabr 2026
91
12:36 / 07 Noyabr 2026
271
12:23 / 07 Noyabr 2026
106
12:16 / 07 Noyabr 2026
628
11:58 / 07 Noyabr 2026
290
11:53 / 07 Noyabr 2026
439
11:45 / 07 Noyabr 2026
124
11:35 / 07 Noyabr 2026
128
11:21 / 07 Noyabr 2026
111
11:11 / 07 Noyabr 2026
539
11:08 / 07 Noyabr 2026
650
11:05 / 07 Noyabr 2026
161
10:55 / 07 Noyabr 2026
137
10:44 / 07 Noyabr 2026
114
10:23 / 07 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.