Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
13 Sentyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
710
14.05.2024, 13:27
DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib, faktları sadalayıb.
Oxu24.com xəbər verir ki, Elşad Hacıyevin müraciətində deyilir:
"Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.
Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb.
Məlumatlı OL, aldanmayasan!".
17:55 / 13 Sentyabr 2026
1
17:50 / 13 Sentyabr 2026
15
17:45 / 13 Sentyabr 2026
14
17:20 / 13 Sentyabr 2026
83
17:11 / 13 Sentyabr 2026
340
16:59 / 13 Sentyabr 2026
51
16:53 / 13 Sentyabr 2026
66
16:49 / 13 Sentyabr 2026
69
16:09 / 13 Sentyabr 2026
1186
15:47 / 13 Sentyabr 2026
72
15:44 / 13 Sentyabr 2026
68
15:27 / 13 Sentyabr 2026
83
14:52 / 13 Sentyabr 2026
546
14:23 / 13 Sentyabr 2026
86
14:05 / 13 Sentyabr 2026
170
14:04 / 13 Sentyabr 2026
122
13:50 / 13 Sentyabr 2026
82
13:40 / 13 Sentyabr 2026
133
13:15 / 13 Sentyabr 2026
122
13:02 / 13 Sentyabr 2026
608
12:55 / 13 Sentyabr 2026
92
12:21 / 13 Sentyabr 2026
1561
12:19 / 13 Sentyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.