Bu həftə şans sizin tərəfinizdə olacaq: hər BÜRC üçün ən düşərli gün
14 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
390
11.05.2024, 10:26
Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.
OXU24.COM xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet riskinin artması ilə əlaqələndirilmişdi. Bu maddənin mədə xərçəngi riskini artırdığına dair indiyə qədər əldə edilən tapıntılar duzun əhəmiyyətli bir yerə sahib olduğu Asiya ölkələrindən gəlib. Vyana Tibb Universitetinin tədqiqatçıları hərtərəfli araşdırma apararaq bu əlaqənin dünyanın müxtəlif yerlərində də mövcud olduğunu göstəriblər.
İngiltərədəki vətəndaşların genetik və sağlamlıq məlumatlarını ehtiva edən əhatəli BioBank-dan orta yaşları 56 olan 471 min 144 adamın məlumatlarının araşdırıldığı araşdırmada iştirakçılara “Süfrədə duz əlavə edilmiş yeməyinizə sonradan təkrar duz əlavə edirsinizmi” kimi suallar verilib.
Mədə xərçəngi jurnalında dərc edilən araşdırma çərçivəsində bu məlumatlar təxminən 11 illik təqib dövründə 640 mədə xərçəngi xəstəsinin sidikdə aşkar edilən duz səviyyələri ilə müqayisə edilib.
Demoqrafik və sosial-iqtisadi faktorları, həyat tərzi faktorlarını və digər şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, süfrə arxasında daim yeməklərə duz əlavə edənlərin, demək olar ki, heç vaxt bunu etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma riski 41 faiz çoxdur.
Qeyd edək ki, dünyada ən çox görülən 5-ci xərçəng olan mədə xərçəngi riski yaş artdıqca artsa da, son illərdə bu xəstəlikdən əziyyət çəkən 50 yaşdan aşağı insanların nisbətində artım müşahidə olunur.
Duzun burada tam olaraq hansı rol oynadığına dair hələ konsensus yoxdur. Lakin bəzi tədqiqatçılar yüksək miqdarda natriumun mədə selikli qişasını zədələyərək orqanı mədə xərçəngi riskini artırdığı bilinən "Helicobacter pylori" bakteriyasına qarşı daha həssas etdiyini düşünürlər.
01:05 / 14 Sentyabr 2026
15
00:25 / 14 Sentyabr 2026
48
00:00 / 14 Sentyabr 2026
60
23:54 / 13 Sentyabr 2026
266
23:53 / 13 Sentyabr 2026
88
23:50 / 13 Sentyabr 2026
142
23:11 / 13 Sentyabr 2026
833
23:08 / 13 Sentyabr 2026
1370
22:51 / 13 Sentyabr 2026
194
22:45 / 13 Sentyabr 2026
98
22:34 / 13 Sentyabr 2026
91
22:31 / 13 Sentyabr 2026
2375
22:23 / 13 Sentyabr 2026
124
22:20 / 13 Sentyabr 2026
1885
22:17 / 13 Sentyabr 2026
66
22:05 / 13 Sentyabr 2026
113
22:03 / 13 Sentyabr 2026
65
21:58 / 13 Sentyabr 2026
85
21:46 / 13 Sentyabr 2026
235
21:42 / 13 Sentyabr 2026
84
21:11 / 13 Sentyabr 2026
292
20:54 / 13 Sentyabr 2026
96
20:45 / 13 Sentyabr 2026
1425
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.