Bu həftə şans sizin tərəfinizdə olacaq: hər BÜRC üçün ən düşərli gün
14 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1446
09.05.2024, 21:40
Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçünsə 18 ay müəyyən edilib. Həmçinin müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var.
Türkiyədə isə hərbi xidmətə çağırış yaşı 21-dir.
Bəs ölkədə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Bizim.media-ya söyləyib ki, hələlik bununla bağlı təklif yoxdur:
“Belə bir təklifin olması gözlənilmir, çünki dünya praktikasında bu yoxdur. Müəyyən səbəblərdən hərbi xidmətə çağırışın təxirə salınması praktikası mövcuddur ki, bu, Azərbaycanda da belədir”.
Deputat hesab edir ki, bu yaşın seçilməsi gənclərin sonrakı planlarına uyğundur:
“18 yaş ona görə qəbul edilib ki, artıq bu, oğlanların yetkinlik dövrüdür, digər tərəfdən, müəyyən bir müddət vətənə olan hərbi borcunu verdikdən sonra gənclər özünün gələcək planlarını həyata keçirməyə başlayırlar.
Yəni təhsil, ixtisas qazanma, ailə qurmaq, işləyib ailəsinə və yaxud da özünə maddi imkanlar yaratmağa başlayırlar. Hər bir ölkənin özünün qanunvericiliyinə görə, hərbi xidmət başa çatdıqdan sonra gənclər öz həyatlarını planlarına uyğun olaraq qura bilsinlər. Buna görə də çağırış yaşı 18 qəbul edilib”.
01:05 / 14 Sentyabr 2026
37
00:25 / 14 Sentyabr 2026
54
00:00 / 14 Sentyabr 2026
63
23:54 / 13 Sentyabr 2026
277
23:53 / 13 Sentyabr 2026
95
23:50 / 13 Sentyabr 2026
156
23:11 / 13 Sentyabr 2026
895
23:08 / 13 Sentyabr 2026
1382
22:51 / 13 Sentyabr 2026
197
22:45 / 13 Sentyabr 2026
101
22:34 / 13 Sentyabr 2026
94
22:31 / 13 Sentyabr 2026
2379
22:23 / 13 Sentyabr 2026
126
22:20 / 13 Sentyabr 2026
1904
22:17 / 13 Sentyabr 2026
68
22:05 / 13 Sentyabr 2026
113
22:03 / 13 Sentyabr 2026
67
21:58 / 13 Sentyabr 2026
85
21:46 / 13 Sentyabr 2026
240
21:42 / 13 Sentyabr 2026
84
21:11 / 13 Sentyabr 2026
299
20:54 / 13 Sentyabr 2026
97
20:45 / 13 Sentyabr 2026
1475
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.