Tək yaşamağı sevən insanların 4 doğum tarixi
14 Sentyabr 2026, 20:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
06.05.2024, 16:20
Bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-dən ilə 20 milyon 510 min 190 sərnişin daşınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib.
Bakı metrosundan bildirilib ki, müvafiq güzəştli imtiyaza malik metropolitendən ödənişsiz əsaslarla istifadə edənlərin sayı 537 min 988 sərnişin olub. Ay ərzində yeraltı nəqliyyata ən çox sərnişin ayın 16-sı (810 min 689), ən azı isə ayın 7-si (395 min 658) daxil olub.
Cari ilin dördüncü ayının 10 qeyri-iş günündə metropolitendən 4 milyon 818 min 724 və yaxud orta hesabla gündəlik 481 min 872 sərnişin istifadə edib. Bu, ay ərzində daşınan bütün sərnişinlərin 23,49 faizi deməkdir. Aprel ayının 20 iş günündə Bakı metrosundan 15 milyon 691 min 466 sərnişin istifadə edib ki, bu da bütün sərnişinlərin 76,51 faizi deməkdir. İş günlərində orta statistik hesabla 784 min 573 sərnişinə daşıma xidməti göstərilib.
Ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında artım 7,6 faiz təşkil edib. Ümumiyyətlə, pandemiyadan əvvəlki ən çox sərnişin daşınan 2019-cu ilə nəzərən 2024-cü ilin aprelindən 4,6 faiz az, 2022-ci ilin eyni dövründən isə 14,6 faiz çox sərnişin daşınıb.
Ümumiyyətlə, bu il 2019-cu ilin 4 aylıq dövrü ilə müqayisədə 4 faiz az, 2022-ci və 2023-cü illərin həmin aylarına nəzərən, müvafiq olaraq, 16,5 faiz və 3,2 faiz çox sərnişin metrodan istifadə edib.
20:42 / 14 Sentyabr 2026
1
20:34 / 14 Sentyabr 2026
31
20:19 / 14 Sentyabr 2026
37
20:10 / 14 Sentyabr 2026
62
19:55 / 14 Sentyabr 2026
59
19:45 / 14 Sentyabr 2026
124
19:34 / 14 Sentyabr 2026
92
19:24 / 14 Sentyabr 2026
68
19:19 / 14 Sentyabr 2026
88
19:09 / 14 Sentyabr 2026
617
19:08 / 14 Sentyabr 2026
138
18:51 / 14 Sentyabr 2026
239
18:45 / 14 Sentyabr 2026
226
18:34 / 14 Sentyabr 2026
201
18:28 / 14 Sentyabr 2026
64
18:22 / 14 Sentyabr 2026
84
18:19 / 14 Sentyabr 2026
86
18:14 / 14 Sentyabr 2026
136
18:12 / 14 Sentyabr 2026
75
18:04 / 14 Sentyabr 2026
466
17:51 / 14 Sentyabr 2026
1764
17:45 / 14 Sentyabr 2026
113
17:45 / 14 Sentyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.