Prezident İlham Əliyev 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
14 Sentyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
06.05.2024, 11:54
“Azərlotereya” növbəti dəfə “Bakı Marafonu - 2024”ün tərəfdaşı kimi iştirak edərək mötəbər tədbirə dəstək olub.
“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən marafonun məqsədi ölkəmizdə sağlam həyat tərzinin önəmini vurğulamaq və idmanın inkişafına dəstək göstərməkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də təşkil olunan marafonda 18 mindən çox iştirakçı qatılıb.
Yarışın əyləncə zonasında “Azərlotereya” stendinə yaxınlaşan qonaqlar üçün bir-birindən maraqlı oyunlar təşkil olunub. Qazanan iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
Yeddinci dəfə keçirilən Bakı Marafonunun start nöqtəsi ilə yanaşı finişi də əvvəlki ildə olduğu kimi Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.
Böyük coşqu ilə keçən marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşları da qoşulublar.
Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı, idman mərc oyunları operatoru “Azərlotereya” korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində bundan sonra da ölkə əhəmiyyətli tədbirlərə dəstək olmağa davam edəcək.





21:07 / 14 Sentyabr 2026
19
20:58 / 14 Sentyabr 2026
49
20:42 / 14 Sentyabr 2026
119
20:34 / 14 Sentyabr 2026
77
20:19 / 14 Sentyabr 2026
57
20:10 / 14 Sentyabr 2026
116
19:55 / 14 Sentyabr 2026
82
19:45 / 14 Sentyabr 2026
151
19:34 / 14 Sentyabr 2026
106
19:24 / 14 Sentyabr 2026
69
19:19 / 14 Sentyabr 2026
93
19:09 / 14 Sentyabr 2026
740
19:08 / 14 Sentyabr 2026
152
18:51 / 14 Sentyabr 2026
268
18:45 / 14 Sentyabr 2026
242
18:34 / 14 Sentyabr 2026
222
18:28 / 14 Sentyabr 2026
66
18:22 / 14 Sentyabr 2026
84
18:19 / 14 Sentyabr 2026
88
18:14 / 14 Sentyabr 2026
154
18:12 / 14 Sentyabr 2026
75
18:04 / 14 Sentyabr 2026
524
17:51 / 14 Sentyabr 2026
2360
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.