Kompüterlə işləyənlər bunları etsin
26 Noyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
375
05.05.2024, 08:29
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.
Bu barədə Oxu24.com-a mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, imtahanda 1 274 namizəd iştirak edəcək. Onlardan 972 nəfər Azərbaycan, 302 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri isə qızdır. 277 nəfər cari ilin, 526 nəfər əvvəlki illərin məzunudur. 471 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 18 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Daha əvvəl bildirilib ki, imtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
23:12 / 26 Noyabr 2026
3
23:02 / 26 Noyabr 2026
45
22:52 / 26 Noyabr 2026
54
22:51 / 26 Noyabr 2026
55
22:44 / 26 Noyabr 2026
133
22:42 / 26 Noyabr 2026
57
22:26 / 26 Noyabr 2026
84
22:22 / 26 Noyabr 2026
77
22:16 / 26 Noyabr 2026
87
22:07 / 26 Noyabr 2026
98
21:58 / 26 Noyabr 2026
117
21:52 / 26 Noyabr 2026
95
21:43 / 26 Noyabr 2026
96
21:37 / 26 Noyabr 2026
121
21:33 / 26 Noyabr 2026
116
21:27 / 26 Noyabr 2026
105
21:19 / 26 Noyabr 2026
108
21:08 / 26 Noyabr 2026
115
21:04 / 26 Noyabr 2026
862
20:55 / 26 Noyabr 2026
127
20:50 / 26 Noyabr 2026
110
20:38 / 26 Noyabr 2026
113
20:31 / 26 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.