Qaynar xətt:

(+99450) 247 90 86

7 aptekdə nöqsanlar aşkarlanıb

7 aptekdə nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

293

02.05.2024, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən verilən məlumata görə, 2024-cü il aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla ümumilikdə 50 aptekdə yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində 7 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.