Qaynar xətt:

(+99450) 247 90 86

Komaya düşən şəxs xəstəxanada vəfat edib

Komaya düşən şəxs xəstəxanada vəfat edib

CƏMİYYƏT

316

29.04.2024, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada dünyasını dəyişib.

 

“Report”un  məlumatına görə, fevralın 29-da Ələt-Astara magistral yolunun 214-cü km-də, rayonun Xanbulan kəndi ərazisində baş verən hadisə zamanı rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdülü Azər Arzuman oğlu Babayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobil yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Süni nəfəs aparatına qoşulan Ü.Əzizli bu gün xəstəxanada vəfat edib.