Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı
15 Sentyabr 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
434
29.04.2024, 15:40
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvəl həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O, bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.
İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə gecələməsi müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran Rayon Məhkəməsinin çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.
17:17 / 15 Sentyabr 2026
1
17:16 / 15 Sentyabr 2026
6
17:09 / 15 Sentyabr 2026
34
17:08 / 15 Sentyabr 2026
30
17:02 / 15 Sentyabr 2026
27
17:00 / 15 Sentyabr 2026
31
16:57 / 15 Sentyabr 2026
28
16:49 / 15 Sentyabr 2026
47
16:37 / 15 Sentyabr 2026
786
16:35 / 15 Sentyabr 2026
58
16:15 / 15 Sentyabr 2026
60
15:45 / 15 Sentyabr 2026
56
15:23 / 15 Sentyabr 2026
77
15:14 / 15 Sentyabr 2026
98
15:11 / 15 Sentyabr 2026
641
15:07 / 15 Sentyabr 2026
63
15:04 / 15 Sentyabr 2026
77
15:01 / 15 Sentyabr 2026
118
14:59 / 15 Sentyabr 2026
102
14:56 / 15 Sentyabr 2026
91
14:40 / 15 Sentyabr 2026
86
14:37 / 15 Sentyabr 2026
60
14:30 / 15 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.