Qaynar xətt:

(+99450) 247 90 86

Qusarda kafe yandı

Qusarda kafe yandı

CƏMİYYƏT

308

29.04.2024, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Oxu24.com FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.