Qaynar xətt:

(+99450) 247 90 86

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL

CƏMİYYƏT

254

28.04.2024, 22:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzən xaricə səyahət edəndə hava limanında müəyyən problemlərlə qarşılaşırıq. Bu da narazılığa səbəb olur.
OXU24.COM
  açıqlama verən turizm eksperti Elçin Novruzov bildirib ki, əksər sərnişinlər öz hüquqlarını bilmir. Bəzi hallarda aviaşirkətlər yaranmış problemə görə kompensasiya ödəməlidir.

 
“Əgər uçuşda müəyyən bir gecikmə baş verərsə, bu gecikməyə görə hava yolu şirkəti sərnişinləri yemək və su ilə təmin etməlidir. Gecə, axşam saatlarına düşdükdə hava yolları şirkəti sərnişinlər üçün otel də təşkil etməlidir. Bəzi müştərilərimiz olur ki, müraciət edir ki, 4-5 saat gözlədik, ancaq hava yolları şirkəti tərəfindən bizə heç bir kompensasiya ödənilmədi. Bu hallarla tez tez rastlaşırıq. Bəzi xarici aviakompaniyalar var ki, onlarda ödəniş formasında qaytarılır. Ya məbləğin yarısını, ya da hamısını qaytarırlar.