Xınalıq yolunda sürüşmə olub - Video
16 Sentyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
242
26.04.2024, 20:41
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
OXU24.COM xəbər verir ki, görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olundu.
Dövlətimizin başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulandı. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunuldu, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırıldı.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.
Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirildi və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələrin aparıldı.
Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olundu.
Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını dedi.
Frank Valter-Ştaynmayer qeyd etdi ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb.
00:03 / 16 Sentyabr 2026
99
23:59 / 15 Sentyabr 2026
38
23:36 / 15 Sentyabr 2026
195
23:35 / 15 Sentyabr 2026
66
23:34 / 15 Sentyabr 2026
138
23:25 / 15 Sentyabr 2026
49
23:19 / 15 Sentyabr 2026
156
23:01 / 15 Sentyabr 2026
242
23:00 / 15 Sentyabr 2026
65
22:52 / 15 Sentyabr 2026
203
22:46 / 15 Sentyabr 2026
226
22:37 / 15 Sentyabr 2026
68
22:33 / 15 Sentyabr 2026
539
22:26 / 15 Sentyabr 2026
94
22:25 / 15 Sentyabr 2026
76
22:24 / 15 Sentyabr 2026
64
22:23 / 15 Sentyabr 2026
196
22:14 / 15 Sentyabr 2026
70
22:09 / 15 Sentyabr 2026
59
22:07 / 15 Sentyabr 2026
64
21:53 / 15 Sentyabr 2026
203
21:46 / 15 Sentyabr 2026
81
21:25 / 15 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.