Xınalıq yolunda sürüşmə olub - Video
16 Sentyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
343
25.04.2024, 19:49
Son vaxtlar digər virus bakteriyaları ilə yanaşı, “Streptokok A” infeksiyasına yoluxmalar da qeydə alınır. Həkimlərin dediyinə görə, əslində bu infeksiya qarşılaşdığımız yeni xəstəlik deyil. Onu başqalarından fərqləndirmək üçün boğazdan yaxma üsulu ilə test götürülür və nəticəsi 48 saat ərzində aşkar edilır. Həkimlər yuxarı tənəffüs yollarının infeksiyası ilə başlanılan xəstəliyə vaxtında müdaxilə edilmədikdə pnevmoniyaya və daha ağır hallara səbəb olacağını bildirirlər.
OXU24.COM xəbər verir ki, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov deyib: “Streptokok A” infeksiyasına yoluxanların sayında artım olduğu müşahidə edilsə də, şükürlər olsun ki, hər hansı ölüm halı ilə üzləşməmişik. Bir az ağır vəziyyətdə olan xəstələr stasionar şəraitdə müalicə olunduqdan sonra yaxşılaşaraq evə buraxılır. Daha çox 3-5 yaş arasındakı uşaqlarda müşahidə edilir, ancaq 5-15 yaş arasında olanlar daha çox narahatlıq doğurur. Həmin yaş arasında olan uşaqlarda bu infeksiya revmatizm xəstəliyinə səbəb olur və onun fəsadları olaraq ürək xəstəliklərinə - miokardit və perikarditlərə qədər gətirib çıxara bilir. Bunlar ömür boyu davam edən və geridönməz proseslərə səbəb olur”.
Həkim onu da qeyd edib ki, həmin infeksiya özünü dəri səpgiləri ilə də göstərir. Uşaqların dərisində və dilində çiyələk formasında qızarmış səpgilər müşahidə olunduqda həkimə müraciət etmək lazımdır. “Streptokok A” infeksiyasının müalicəsinə gəldikdə isə bu virus yox, bakteriya olduğu üçün həkim məsləhəti ilə “penisillin” qrupu antibiotiklərdən istifadə edilməsi kifayətdir. Burada əsas məqam ondan ibarətdir ki, uşaqlarda həmin əlamətlərə rast gəldikdə türkəçarələrlə yox, ilk növbədə həkimə müraciət edərək düzgün diaqnoz əsasında müalicə aparılmalıdır.
01:42 / 16 Sentyabr 2026
141
00:03 / 16 Sentyabr 2026
131
23:59 / 15 Sentyabr 2026
68
23:36 / 15 Sentyabr 2026
226
23:35 / 15 Sentyabr 2026
101
23:34 / 15 Sentyabr 2026
197
23:25 / 15 Sentyabr 2026
58
23:19 / 15 Sentyabr 2026
176
23:01 / 15 Sentyabr 2026
561
23:00 / 15 Sentyabr 2026
73
22:52 / 15 Sentyabr 2026
267
22:46 / 15 Sentyabr 2026
326
22:37 / 15 Sentyabr 2026
77
22:33 / 15 Sentyabr 2026
654
22:26 / 15 Sentyabr 2026
103
22:25 / 15 Sentyabr 2026
85
22:24 / 15 Sentyabr 2026
71
22:23 / 15 Sentyabr 2026
391
22:14 / 15 Sentyabr 2026
74
22:09 / 15 Sentyabr 2026
65
22:07 / 15 Sentyabr 2026
69
21:53 / 15 Sentyabr 2026
234
21:46 / 15 Sentyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.