Qaynar xətt:

(+99450) 247 90 86

İraq Prezidenti COP29-a dəvət olundu

İraq Prezidenti COP29-a dəvət olundu

CƏMİYYƏT

350

24.04.2024, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.

Səfirlikdən OXU24.COM -a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.