Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106982
az

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

16:0724 Aprel, 2024
135
CƏMİYYƏT
  • A

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

 

O, ifadəsi zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Kənan Rəsulov barədə danışıb:

 

“Audit işi ilə bağlı 2019-21-ci illər arasında müqavilə imzalamışıq. Layihədə qanunsuzluqlar isə 2022-ci ildə ortaya çıxıb. Bizə auditlə bağlı müraciət isə 2022-ci ilin ortasında olub. İlin ortasında müraciət olunub deyə audit üçün il sonunu gözləməli idik. Bizim audit apardığımız 2019-21-ci illər arasında heç bir qüsur aşkarlanmayıb”.

 

Təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmişlə olan əlaqələrindən və imzaladığı müqavilələrdən danışıb:

 

“Kənanı “Muğanbankın” şöbə müdiri olan dostuma görə tanımışam. O xarici dili bilmirdi deyə sənədlər barədə kömək etmişəm. Layihənin davamlılığı üçün Avropa Yenidənqurma və İnkişaf Bankına hesabatlar təqdim edirdik”.

 

Məhkəməyə ifadəsi zamanı təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmiş şəxslə daha əvvəl xidməti müqavilə imzaladığını deyib:

 

“2022-ci ilin yanvarın 6-da biz Kənan Rəsulovla 224 min dollarlıq xidməti müqavilə imzaladıq.

 

Kənan bununla razılaşdı. Bizim işimiz kreditin ayrılması ilə bağlı deyildi. Altı ay sonra isə hüquqi müqavilə imzaladıq. O zaman pulun necə veriləcəyi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Kənan arasında razılıq əldə edildi. Həm kredit, həm də qrant ayrıldı. Bu işləri Kənan özü edib”.

Təqsirləndirilən şəxs, həmçinin, bildirib ki, zərərçəkmişlə arasında bağlanan müqavilə ilə bağlı ona heç bir ödəniş edilməyib.

 

Məhkəmə prosesi mayın 8-nə təyin edilib.

 

Növbəti prosesdə təqsirləndirilən şəxsin ifadəsi davam edəcək.

 

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

 

İstintaqla Z.Hüseynzadənin 2022-23-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

 

Həmçinin, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

 

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir rektor işdən çıxarıldı
1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi        təyin etdi - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı