Qaynar xətt:

(+99450) 247 90 86

Liftdə köməksiz qalan vətəndaş xilas edildi - Video

CƏMİYYƏT

166

24.04.2024, 12:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açmaqla liftdə köməksiz vəziyyətdə qalan vətəndaşı xilas ediblər.