Qəflətən varlanacaq bürclər
16 Sentyabr 2026, 05:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
323
23.04.2024, 20:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri,Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayonşöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib.
Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd “Şahinlər” hərbi-
idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-
74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif
edilməsi olub. Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha
tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub. Ona bu bacarığına
görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib.
Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan
polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi
vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif
edilib.
Qeyd edək ki, görüş zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği,
onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılmasının vacibliyi və bu istiqamətdə
həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.


05:25 / 16 Sentyabr 2026
1
05:23 / 16 Sentyabr 2026
9
05:21 / 16 Sentyabr 2026
17
01:42 / 16 Sentyabr 2026
180
00:03 / 16 Sentyabr 2026
144
23:59 / 15 Sentyabr 2026
76
23:36 / 15 Sentyabr 2026
356
23:35 / 15 Sentyabr 2026
125
23:34 / 15 Sentyabr 2026
235
23:25 / 15 Sentyabr 2026
67
23:19 / 15 Sentyabr 2026
198
23:01 / 15 Sentyabr 2026
713
23:00 / 15 Sentyabr 2026
81
22:52 / 15 Sentyabr 2026
309
22:46 / 15 Sentyabr 2026
396
22:37 / 15 Sentyabr 2026
83
22:33 / 15 Sentyabr 2026
772
22:26 / 15 Sentyabr 2026
111
22:25 / 15 Sentyabr 2026
90
22:24 / 15 Sentyabr 2026
77
22:23 / 15 Sentyabr 2026
556
22:14 / 15 Sentyabr 2026
79
22:09 / 15 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.