Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106878
az

Baş nazir qərar İMZALADI

17:2823 Aprel, 2024
151
  • A

Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları təsdiqlənib.

Oxu24.com-un  xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edilib ki, Cinayət-Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən cinayət işi üzrə toplanılmış sübutlar şəxsin cinayət qanununda nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir.

Cinayət-Prosessual Məcəllənin 151.3-cü maddəsinə əsasən qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması barədə qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178.2-ci maddəsinə uyğun olaraq Sizə xəbərdarlıq edilir ki, cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxs (14 yaşınadək olan şəxslər, hamilə qadınlar, ağır xəstələr istisna olmaqla) cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışına üzrlü səbəb olmadan gəlmədikdə, cinayət prosesini həyata keçirən orqanın çağırışını almaqdan boyun qaçırdıqda, cinayət prosesini həyata keçirən orqandan gizləndikdə və daimi yaşayış yeri olmadıqda həmin şəxsə məcburi gətirilmə tətbiq edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

89 yaşlı kişi və arvadı dəm     qazından       öldü
Bu ərazilərdə        duman      var
Bu ərazidə     işıq     olmayacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Ailəsi ilə istirahətə getmişdi, faciəvi     şəkildə     öldü