Qaynar xətt:

(+99450) 247 90 86

Qəzada ölən 6 nəfər Azərbaycan vətəndaşıdır - Hadisə yerindən kadrlar

Qəzada ölən 6 nəfər Azərbaycan vətəndaşıdır - Hadisə yerindən kadrlar

DÜNYA

2286

06.03.2019, 11:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub.
Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb.
4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş. Qəzanın səbəbləri araşdırılır. {banner_reklam1}