"Araz"da makaron cəmi 59 qəpiyə!
17 Sentyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
10.04.2024, 09:00
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb.
Bu gecə “leylətul-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 10-da qılınacaq.
Ayın 10-da məscidlərdə namaz vaxtları müvafiq olaraq səhər saat 8-11 aralığında dəyişəcək: belə ki, Əjdərbəy və Heydər məscidlərində bayram namazı saat 08:00-da elan olunub. Digər məscidlərdə bayram namazının vaxtı saat 09:00-a təyin olunub.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-dən başlayıb.
17:21 / 17 Sentyabr 2026
10
17:19 / 17 Sentyabr 2026
21
17:13 / 17 Sentyabr 2026
23
17:09 / 17 Sentyabr 2026
27
17:05 / 17 Sentyabr 2026
52
16:58 / 17 Sentyabr 2026
38
16:56 / 17 Sentyabr 2026
155
16:05 / 17 Sentyabr 2026
66
15:55 / 17 Sentyabr 2026
74
15:45 / 17 Sentyabr 2026
94
15:30 / 17 Sentyabr 2026
79
15:30 / 17 Sentyabr 2026
74
15:05 / 17 Sentyabr 2026
83
14:51 / 17 Sentyabr 2026
195
14:45 / 17 Sentyabr 2026
89
14:30 / 17 Sentyabr 2026
96
14:26 / 17 Sentyabr 2026
1039
14:24 / 17 Sentyabr 2026
86
14:20 / 17 Sentyabr 2026
105
14:12 / 17 Sentyabr 2026
147
14:07 / 17 Sentyabr 2026
83
14:02 / 17 Sentyabr 2026
77
13:57 / 17 Sentyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.