Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
22 Aprel 2025, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
346
08.04.2024, 14:52
Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Bu bayrama İslam dünyasında Fitr bayramı da deyilir. Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.
OXU24.COM "Report"a istinadən Qafqaz Müsəlmanları İdarəsinin Sütəmurdov məscidinin axundu, ilahiyyatçı Hacı Fəxri Sadiqovun Fitr bayramı ilə bağlı məqaləsini təqdim edir.
Bu bayram uca Allahdan onun bəndələrinə olan sonsuz nemətinin bariz nümunəsidir
Bayram nəyə deyilir və nə vaxt qeyd olunur? Bu sual həmişə insanların maraq dairəsində olub. Hər hansı gərgin bir işin və ya hadisənin uğurlu sonluqla bitməsi bayramdır. Bu mübarək Ramazan ayının vacibatını yerinə yetirən möminlər gərgin keçən ilahi sınaqlardan uğurla çıxmalarını bayram kimi qeyd edirlər. Ramazan ayının vacibatını yerinə yetirərkən ilin bütün fəsillərinin özünəməxsus sınaqları var. İstər qızmar yay və ya soyuq qış fəslində insanın bioloji cəhətdən oruca tab gətirməsi həqiqətən də böyük sınağın uğurlu nəticəsidir.
Fitrə zəkatının verilməsi vacibdir
Ramazan bayramının gecəsinin və gündüzünün çoxlu fəzilətləri olduğu kimi, bəzi göstərişləri də var. Hər bir müsəlmanın bayram gecəsi gün batmazdan əvvəl ailəsinin və onun qazancından istifadə edənlərin (o vaxt evinə gələn qonağın və ya evində işləyən xidmətçinin) fitrə zəkatını ehtiyacı olan müsəlmana, yəni fəqirə verməsi vacibdir. Fitrə zəkatı insanın ilboyu ən çox istifadə etdiyi ərzaq məhsullarının üç kiloqramından çıxardılır. Bunlar arpa, buğda, düyü, xurma, kişmiş və qarğıdalıdan ibarətdir. Sadalanan bu ərzaqların həm də pulunu fitrə zəkatı kimi vermək olar.
Ramazan bayramı gününün göstərişlərindən əsası da Fitr namazıdır
Həzrəti peyğəmbər (ə.s.) və məsum imamlardan bu bayram barədə kifayət qədər könlü oxşayan hədislər var.
Həmçinin oxuyun
Allahın rəsulu (ə.s.) Ramazan bayramının gecəsi barədə buyurub: "Elə ki, fitr (bayramı) gecəsi oldu, o gecə mükafatlar gecəsi adlanır. Aləmlərin Rəbbi (oruc tutanlara) sonsuz mükafat bəxş edər".
Mübarək Ramazan bayramı gününün göstərişlərindən əsası da Fitr namazıdır. Bu bayram namazının camaatla birgə qılınması tövsiyə olunur.
Bayram namazından əvvəl müsəlmanın qüsl etməsi və yeni, təmiz paltar geyinib, ətirlənib bayram namazına getməsi ən gözəl hal hesab edilir.
Yenə Allahın rəsulu (ə.s.) bayram günü barəsində buyurub: "Elə ki, fitr bayramı günü oldu, Allah öz mələklərini (oruc tutanların olduğu) bütün şəhərlərə göndərər. Elə ki, onlar yerə endilər, küçələrin girişində dayanıb uca səslə - ey Muhəmməd ümməti evlərinizdən Allaha tərəf (fitr namazı) üçün tələsin, o sizin mükafatlarınızı verib, günahlarınızı bağışlayar".
Bu kimi çoxlu hədislərdən bir daha görünür ki, mübarək Ramazan bayramı uca Allahdan bəndələrə həqiqətən bir nemətdir. Bu neməti bəndələr də öz aralarında dəyələndirməlidirlər. Bayram günü küsülülər barışmalı, valideynlər ziyarət olunmalı, əgər valideyn dünyadan gedibsə, qəbrini ziyarət etmək lazımdır. Kimsəsizləri axtarmaq, şəhidlərin qəbirlərini ziyarət etmək və s. bəyənilmiş işləri görmək lazımdır.
Bu il mübarək Ramazan bayramı Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq iyunun 25-i bayram gecəsi (fitrə zəkatı çıxarılan gecə) və iyunun 26-sı bayram günü kimi qeyd olunacaq.
Xalqımızı bu ilahi bayram münasibətilə ürəkdən təbrik edirəm. Uca Allahın rəhməti daim sizinlə olsun.
09:45 / 23 Aprel 2025
Putinin Trampa hədiyyəsi bu imiş - Foto
5
09:28 / 23 Aprel 2025
Rusiyada general saxlanıldı
8
09:16 / 23 Aprel 2025
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
13
09:00 / 23 Aprel 2025
"Qiyamət günü" yaxınlaşır - 2 ölkə xəritədən silinəcək
16
23:37 / 22 Aprel 2025
6 ballıq zəlzələ oldu
71
22:45 / 22 Aprel 2025
ABŞ Aİ-yə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək - KİV
95
22:20 / 22 Aprel 2025
Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
121
22:06 / 22 Aprel 2025
Bakının bu rayonunda 110 bina söküləcək
218
21:54 / 22 Aprel 2025
“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür
97
21:37 / 22 Aprel 2025
Zelenski: Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir
103
21:17 / 22 Aprel 2025
Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb
108
21:00 / 22 Aprel 2025
Papanın üzüyü çəkiclə sındırılacaq - Səbəb bu imiş
645
21:00 / 22 Aprel 2025
Ehtiram Quliyev onları tədbirə niyə çağırmayıb?
120
20:51 / 22 Aprel 2025
Qarabağda iş var
111
20:50 / 22 Aprel 2025
Qarabağa köçmək istəyənlərə möhtəşəm xəbər - RƏSMİ
127
20:38 / 22 Aprel 2025
Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb
136
20:28 / 22 Aprel 2025
Məntiq testi +CAVAB
244
20:21 / 22 Aprel 2025
“Bir gündə iki oğlumu itirdim” - Onlar danışdı, Vardanyan dinlədi
124
20:18 / 22 Aprel 2025
Nazir ona yüksək vəzifə verdi
686
20:17 / 22 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
4739
20:14 / 22 Aprel 2025
Göl içində üzən evlərin tikilməsinə icazəni hansı qurum verib?
119
19:56 / 22 Aprel 2025
Rusiyada nə baş verir? — Fövqəladə vəziyyət elan edilib
1316
19:50 / 22 Aprel 2025
Qaz olmayacaq
228
19:41 / 22 Aprel 2025
Prezidentlə xanımı Çindədir
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.