Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
10 İyul 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
246
26.03.2024, 19:25
Son illər Fransada, Almaniyada, Böyük Britaniyada, Çində, İranda və sonuncusu Rusiyada törədilən terror aktları bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığını bir daha göstərdi.
OXU24.COM xəbər verir ki, bunu report.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, milliyətindən, dinindən, irqindən asılı olmayaraq terror törədənlər bütün insanlığın düşmənidirlər:
"Müharibələrdə hər iki tərəfin əlində silah olur və onlar aralarındakı problemi həll etməyin yolunu döyüşməkdə görürlər. Dinc, heç bir günahı olmayan insanların öldürülməsi isə vəhşilikdir, barbarlıq və vandalizmdir. Bu qətliamı törədənlər qanunun ən sərt maddələri ilə cəzalandırılmalıdırlar".
Deputatın fikrincə, Rusiyanın Moskva vilayətinin "Crocus City Hall" konsert zalında törədilən terror bütün ölkələrə ciddi xəbərdarlıqdır. O vurğulayıb ki, hər bir ölkə özünün və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Bunun üçün müxtəlif yollar seçilir, üsullar tətbiq edilir:
"Azərbaycan 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü tam olaraq təmin edib. Ötən il antiterror tədbirlərinin keçirilməsində məqsəd də ərazilərimizdə 30 il ərzində kök salmış erməni terrorçularının kökünü birdəfəlik kəsmək idi. Azərbaycan bunu bacardı, Ermənistan ordusunun qalıqlarını və separatçıların sonuncusunu ölkə ərazisindən qovub çıxara bildi. Nə qədər ki, separatçılar Qarabağda mövcud idilər, həm dövlətimiz, həm də vətəndaşlarımız daim terror təhlükəsi altında qalırdılar. Dövlətimiz sonuncu erməni terrorçusu zərərsizləşdirilənə qədər mübarizə apardı. Dünyanın güclü dövlətlərinin separatçıları dəstəkləməsinə rəğmən Azərbaycan beynəlxalq qanunlara istinad edərək, həm suverenliyini bərpa etdi, həm də Cənubi Qafqazı terrorla təhdid edən erməni terrorizminin son qalasını onların başına uçurdu. Prezident İlham Əliyevin təbirincə desək, biz separatçıların tabutuna son mismarı vurduq".
Həmçinin oxuyun
Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına gəlincə, A.Hüseynov hesab edir ki, bu qərar həm də bütün dünyanı təhdid edən terror təhlükəsi ilə bağlıdır:
Milli Məclisin üzvü diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın arxasında dayanan bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən erməni terror təşkilatları ağır məğlubiyyəti qəbul edə bilmirlər. O söyləyib ki, hər yolla bunun əvəzini çıxmağa çalışırlar:
"Hələ Birinci Qarabağ müharibəsi zamanı erməni terror təşkilatlarının həm ölkə ərazisində, həm də xaricində vətəndaşlarımıza qarşı terror aktları törətdiklərini unutmamışıq. Ermənilərin, həm də Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı qondarma dövlətin mayası terrorla yoğrulub. Nəzərə almalıyıq ki, Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı hər cür plan hazırlamaqdadırlar. Onlardan biri də üçüncü ölkələrin vətəndaşlarının əli ilə Azərbaycanda terror aktları törətməkdir. Azərbaycan xariclə yalnız quru əlaqələrini müvəqqəti məhdudiyyət qoyub, hava və dəniz əlaqələri isə açıqdır. Azərbaycanın müharibədən sonra quru sərhədlərinin bağlanması barədə verdiyi qərarı bu gün terrordan əziyyət çəkən ölkələrin əksəriyyəti təkrarlamaqdadırlar. Terroru önləmək üçün atılan addımlar, bəzi çətinliklər yaratsa belə, alqışlanmalıdır".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıTaleh Qaraşovun həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. O, həbs olunub.
11:59 / 10 İyul 2025
Əbu-Dabidə maraqlı kadr: O, yenə Prezidentin yanındadır - Video
243
11:57 / 10 İyul 2025
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
19
11:38 / 10 İyul 2025
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
32
11:12 / 10 İyul 2025
Bakıda qəbiristanlıqda dəhşət: Məktəblini "alə" sözünə görə öldürdülər - VİDEO
420
11:08 / 10 İyul 2025
Polşa hava limanın bağlayır?
29
11:02 / 10 İyul 2025
Tramp misə 50% rüsum tətbiq edir
32
10:50 / 10 İyul 2025
Tokayev Trampa cavab verib
39
10:45 / 10 İyul 2025
Reuters: ABŞ Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını bərpa edir
36
10:39 / 10 İyul 2025
Dollar BAHALAŞDI – Manatla bağlı KRİTİK PROQNOZ
1009
10:37 / 10 İyul 2025
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
40
10:33 / 10 İyul 2025
DYP xəbərdarlıq etdi
32
10:28 / 10 İyul 2025
Braziliya lideri ABŞ-yə meydan oxudu
38
10:27 / 10 İyul 2025
Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək
37
10:19 / 10 İyul 2025
Türkiyədə yumurta ilə bağlı qərar
34
10:08 / 10 İyul 2025
Quyudan su götürmək istəyərkən öldü
42
10:03 / 10 İyul 2025
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
324
10:00 / 10 İyul 2025
Yaxşı görmək istəyirsinizsə bu qidalardan çox yeyin
79
09:50 / 10 İyul 2025
"Rusiya-Ukrayna müharibəsi Putin və Trampın görüşü nəticəsində həll oluna bilər" - Orban
41
09:48 / 10 İyul 2025
İşıq olmayacaq
82
09:41 / 10 İyul 2025
Üç qurum birgə məlumat yaydı
49
09:40 / 10 İyul 2025
Elm adamları ən sağlam yeməyi AÇIQLADI
50
09:39 / 10 İyul 2025
Yeni təyinatlar - FOTO
81
09:30 / 10 İyul 2025
Tramp bu ölkəyə 50 faiz rüsum tətbiq etdi
37
09:24 / 10 İyul 2025
Ermənistanın xalq artisti adından imtina etmişdi — Flora Kərimova haqda maraqlı XATİRƏ
230
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.