Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10356
az

Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim

21:4926 Fevral, 2019
1038
CƏMİYYƏT
  • A
Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.

Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış  həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.

Oxu24.com bildirir ki, həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

{banner_reklam}

"Orda bir dovğa yedim - ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi".

Həkim dünyada yalnız Azərbaycanda  bişmiş süddən qoyulan qatığın yenidən bişirildiyini bildirib: "Bununla da süddə olan bütün faydalı maddələr itib gedir. Ölü qatığın nəyə xeyri ola bilər? Ona görə xəstələr dovğa yeyəndən sonra köpdən, baş ağrısından şikayətlənirlər.

Dovğa bişirmək istəyirsizsə, qatığı qaynatmayın. Düyünü, istənilən göyərtiləri, lap yumurtanı da qatmaq istəyirsizsə, ayrıca bişirib əlavə edin, amma qatığı bişirməyin" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı
Pişik iti "əsir" götürdü - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi