Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı

2019-02/1551193371_1551181995_metro-sixliq-1.jpg

CƏMİYYƏT

873

26.02.2019, 19:01

\"\" Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə \"Bakı Metropoliteni\" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır: \"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib\". 09:02 Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib. Regionxeberleri.com Milli.Az-a istinadən stansiya əməkdaşlarının verdiyi məlumata görə qatarda nasazlıq yaranıb. Yaranan nasazlıq intervalda gecikmələrə səbəb olub ki, bu da platformlarda sərnişin sıxlığına gətirib çıxarıb. Sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, \"Həzi Aslanov\"dan \"Dərnəgül\"ə hərəkətdə olan sərnişin dolu qatar \"Gənclik\" - \"28 May\" stansiyası istiqamətində 15 dəqiqəyə yaxın tuneldə qalıb. Yaranan problemin hələ də aradan qaldırılmadığı deyilir.