Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10270
az

Bu şəxslərə Vatsapla zəng edə bilməyəcək, məktub yaza bilməyəcəksiniz

15:0924 Fevral, 2019
1034
CƏMİYYƏT
  • A
Hazırlaşın, yaxın zamanlarda İnterneti bağlayacaqlar. Düz oxudunuz. İnternetin qapadılması yeni dəbdir və çox yaxın müddətdə Azərbaycan istifadəçiləri də bununla qarşılaşa bilərlər.

Rusiya parlamenti daxili İnternet haqda yenicə qanun layihəsi qəbul edib. Bu isə o deməkdir ki, ölkəyə kənardan gələn kanallar istənilən an qapadıla bilər. Məsələn, siz Rusiyadakı dostunuza elektron məktub yaza bilməyəcəksiz və ya WhatsApp-la zəng edə bilməyəcəksiz. Bu, ilk növbədə rusiyalılar üçün yaxşı xəbər deyil, ancaq Azərbaycana da təsirsiz ötüşməyəcək.

Rusiya artıq bu il aprelin 1-dək sistemi test edəcək. Bu haqda məlumat bütün dünya mediasında paylaşılmaqdadır. Çox qəribədir ki, Azərbaycan mediası bu xəbəri görməzdən gəlir.

Bu yeni tədbirlərdən Rusiya ilə biznesi və ya şəxsi əlaqələri olanlar birbaşa təsirlənəcəklər. Ölkəmizin digər istifadəçilərdən də bu hadisə yan keçməyəcək. Belə ki, Avropadan Azərbaycana gələn İnternet xətlərinin bir hissəsi Rusiyada keçir və hər hansı bir kəsilmə İnternet trafiki qıtlığına gətirib çıxaracaq. Bəzi provayderlər işləməyə bilər ki, bu da biznes qurumlarına əhəmiyyətli təsir göstərəcək.

Rusiya bu addımı konkret hansı gün edəcəyini açıqlamır. Adətən bu, eyni alqoritmin davamıdır. Əvvəl uşaqlar üçün məzmun idarə olunur, sonra təhqirə görə saytlar qapadılır, sonra milli təhlükəsizliyin adı çəkilir və filtrləmə işə keçir. Daha sonra isə məhkəməsiz qapanmalar başlayır və "daxili” İnternet ideyası inkişaf etdirilir.

İlk etapda VPN-lər qadağan olunur, daha sonra isə birbaşa bağlantılar.

Ümumiyyətlə qapalı İnternet qapalı ölkələrdə populyarlaşır. Şimali Koreya illərdir ki, yalnız bu cür İnternetdən istifadə edir. Nəticədə bu ölkədə hər 1000 nəfərə cəmi 0.4 İP ünvanı mövcuddur. Müqayisə üçün Azərbaycanda hər 1000 nəfərə 55 İP ünvanı düşür. İran hələ 2016-cı ildə qapalı İnternet yaradacağını açıqlayıb. Rusiya da bunu indi tətbiq edir.

Rusiyada bu qapanma prosesinə Roskomnadzor nəzarət edəcək. Bu qurumun cəmi bir servisi – Telegram-ı bağlaya bilmədiyinin və hətta səhvən tamamilə başqa şirkət və təşkilatların İnternet kanallarını bağladığının şahidi olmuşuq. Deməli, İnternet tam qapananda daha böyük problemlər gözləmək olar.

Qonşu ölkələrdə qapanma ölkədəki İnternet trafikinə və onun gələcək inkişafına birbaşa təsir edən məsələlərdəndir. Ona görə də Azərbaycan təcili alternativ kanalları gücləndirməlidir.

Amma bunun əvəzində, Azərbaycanda da son vaxtlar bağlanma və texniki filtrləmə çağırışları eşidilməkdədir. Təəssüf ki, bunu deyənlər adətən fəal İnternet istifadəçiləri deyil, İnternetdən istifadə etməməyi ilə fəxr edənlərdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ