Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10249
az

Xoşbəxtliyin SİRRİ TAPILDI - 10 vacib şərt

18:2423 Fevral, 2019
664
CƏMİYYƏT
  • A
Keçmişdə nə etdiklərinizin heç bir önəmi yoxdur. Əsas məqsədiniz indiyə və gələcəyə köklənmək, doğru addım atmaqdır.

Yeni bir səhifəni açmaq üçünsə, digərini mütləq bağlamaq lazımdır. Çünki ömür kitablarımızın sayı da tək yox, onlarladır.

Odur ki, bəlli məqam yetişəndə, kənara çəkilib dincimizi almağa, sonra yenidən həyata sarılmağa gücümüz qalsın.

Hadislərin bitməsinə də imkan yaratmaq lazımdır ki, yeni macəramızın ardınca addımlayıb bağlı qapıları açaq. Bunun üçün aşağıdakı şərtlərə əməl etməliyik.

Oxu24.com ən qaranlıqda belə xoşbəxtlik işığı tapmağın 10 şərtini təqdim edir.

1. Həyatınızdakı hadisələr ürəyinizcə cərəyan etmirsə, panikaya düşməyin. Dərindən nəfəs alın, həyatın gözəlliyinin də bu eniş-yoxuşlar olduğunu xatırlayın.

2. Bəzən həyatınızın daha əvvəlki kimi olmayacağı faktı ilə barışmaq məcburiyyətindəsiniz. Unutmayın ki, bir son, estafeti başqa başlanğıca ötürür.

3. Dəyişə bilməyəcəyiniz şeylərə görə narahatlıq keçirməməyə başlayanda, daxili sakitliyinizə qovuşacaqsanız. Hadisələrin gedişatı ilə barışmaq lazımdır. Sadəcə gərəkli dərs alıb, addımlamalısınız.

4. Şəxsi inkişaf və irəliləyişin sirləri. Dünəni unudun. Yuxudan oyanıb, arzularınızı reallaşdırmağa tələsin.

5. Keçmişinizə qarşı nifrət və hiddət bəsləməyin. Emosiyalarınızı idarə etməyi öyrənin. Enerjinizi və fikirlərinizi sizi xoşbəxt edəcək məqamlar üzərində cəmləyin.

6. Bugünkü həyatınız dünənkindən kəskin fərqlənir. Həyata baxışınızdan çox şey asılıdır. Düşüncələriniz dəyişdikcə, həyatın mahiyyəti də fərqli olacaq.

7. Beyninizin qəbul etdiyi yeniliklərə sərgiləyəcəyiniz münasibətə özünüz qərar verirsiniz. Bir anlıq ətalətə qərq olub, keçdiyiniz çətinlikləri xatırlayın. Gücünüzün fərqinə varın.

8. Heç kimin sizə borcu yoxdur. Özünüzə bəs edəcək qədər zənginliyə sahibsiniz. Sadəcə əlinizdə olanları düzgün paylaşdırmağı öyrənin.

9. Şablon da səslənsə, bugünün işini sabaha qoymayın. Ömrünüzü uyğun zamanın gələcəyini gözləməyə sərf etməyin.

10. Sadə və təvazökar olun. Öyrənmək heç vaxt gec deyil. Daim axtarışda olun, biliklərinizlə yetinməyin.

Və... Unutmayın, xoşbəxt həyat elə indi başlaya bilər. Sadəcə sehirli cümləni unutmayın: “Bu andan etibarən...” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ