Qaynar xətt:

(+99450) 247 90 86

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB

2019-02/1550923141_toyuq.jpg

CƏMİYYƏT

1130

23.02.2019, 15:58

\"\"  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli deyib ki, ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar.
Oxu24.com xəbər verir ki, iqtisadçı-ekspert Qadir İbrahimli millət vəkilinin bu açıqlamasına mwnasib’t bildirib. Ekspertin fikrincə, seçiciləri qarşısında hesabat verməyən və onların səsindən asılı olmayan deputatın münasibəti bundan artıq ola bilməz: \"Orta statistik Azərbaycan ailəsini götürək – ər-arvad, 2 azyaşlı uşaq… Ərin də, arvadın da maaşı 180 manat və aylıq büdcələri 360 manatdır. Bu məbləğ yalnız ər-arvadın minimum ehtiyaclarını təmin etmək üçün yetərlidir, uşaqların yaşayış minimumu 160 manatdır. Yəni, uşaqları böyütmək üçün ailə zəruri 320 manatı başqa işlərdə çalışıb əldə etməlidir. Rəcəblinin məntiqinə görə, ər-arvad 8 saat dövlət işində çalışdıqdan sonra əlavə 8 saat da özəl sektorda çalışmalıdır. Yəni, sutkada 16 saat iş saatına sərf olunmalıdır.Ər və arvad sutkada 16 saat işləməklə Azərbaycan ordusunun gələcək əsgərini, Azərbaycan dövlət büdcəsinin vergi ödəyicisini böyütməlidir. {banner_reklam} Bu, həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir (mənəvi-etik tərəflərinə toxunmuram, çünki bu dəyərlər onlara yaddır). Yeri gəlmişkən, Hadı Rəcəblinin maaşı 1980 manatdır. Bu məbləğin yarısı qədər də (990 manat) aylıq müavinət alır. Yəni, Rəcəblinin rəsmi aylıq gəliri 2 min 970 manatdır. Bu minimum əməkhaqqıdan (180 manat) 16,5 dəfə, orta aylıq əmək haqqıdan (540 manat) 5,5 dəfə yüksəkdir. Söhbət yalnız rəsmi gəlirlərdən gedir, imtiyazlı biznesin böyük məbləğli gəlirlərini demirəm”.