Qadın və kişilər üçün biçilmiş rollar çox kiçik yaşlardan etibarən beynimizə həkk olunur.
Hər zaman kişilər daha güclü, qoruyucu olmalı, qadınlar isə zərif, yardıma ehtiyacı varmış kimi görünməlidir. Və bu mənasız davranış tərzi bir çox insan tərəfindən dəstəklənir.
Kişilər hər zaman güclü olduğunu hiss etmək istəyir və bununla özlərini daha yaxşı hiss edirlər.
Oxu24.com kişilərə özünü daha yaxşı hiss etdirəcək bir neçə davranışı təqdim edir:
Onlar avtomobil idarə etdiyi zaman yuxulamaq:
Əslində bu çox riskli bir vəziyyətdir. Siz yatarkən sürücü də yuxulaya bilər. Amma kişilər siz yatarkən sürücülük etməkdən həzz alacaq və bunu güvən olaraq qəbul edəcək.
Ondan kömək istəyin:Bilirik ki, siz öz ayaqları üstündə dura bilən, güclü qadınsınız, amma yene de bəzən qarşınızdaki k
işidən kömək istəyin. Bu ona özünü daha lazımlı və güclü hiss etdirəcək. Sizə kömək edərkən alacağı həzzdən əmin olun.
Onun əşyalarından istifadə edin:Kişilərin bəlkə də ən çox həzz aldığı məqam elə budur. Siz onun köynəyini geyinin və o bihuş olsun.
Diqqəti əskik etməyin:Təbii ki, hər dəqiqə “nə edirsən?” “Hardasan?” kimi suallarla bezdirin demirik. Diqqəti də idarəli şəkildə edin.
Oxu24.com
ŞƏRHLƏR