Misvak müasir diş fırçasına ənənəvi bir alternativ olaraq ağız və diş sağlamlığı üçün istifadə edilən diş təmizləmə vasitəsidir.
“Oxu24.com” xəbər verir ki, misvak çox qədim dövrlərdən məlum olsa da, İslam dininin Peyğəmbəri Məhəmmədin tövsiyəsi ilə məşhurlaşıb.
Misvak səhrada yetişən arak ağacının kök və budaqlarından əldə edilir və gözəl qoxusu var. Misvakın tərkibində insan orqanizminə faydalı olan 35 növ maddə var.
Misvakın faydaları bunlardır:
-Diş ətini gücləndirir;
-Diş çürümələrinin qarşısını alır;
-Ağız qoxusunun qarşısını alır;
-Səsə müsbət təsir edir;
-Ağız qurumasının qarşısını alır;
-Bəlğəmi azaldır;
-Vərəm xəstəliyinin qarşısını alır;
-Dişləri parlaq edir;
-Zəkanı gücləndirir;
-İştahı artırır;
-Gözə faydalıdır;
-Yuxuya təsir edir;
-Həzmi sürətləndirir;
-Mədə qazının qarşısını alır;
-Şorba kimi içilsə, dalaq ağrısını azaldır;
-Köklərini qaynadıb içmək bel soyuqdəyməsini aradan qaldırır.
Misvakın təzə olub olmadığını bilmək üçün rənginə baxmaq lazımdır. Açıq qəhvə rəngli misvak təzədir. Misvakın təzə və yaş olması onun keyfiyyətinə işarədir.
Necə istifadə etməli?
Misvakın bir ucunu ilk istifadədən əvvəl yumşaltmaq üçün suda saxlayın;
Yumşalan ucun altdan 2-3 sm-lik qismindən geriyə qalan tərəfindəki sərt hissəni bıçaqla qazıyın;
Yumşalmadısa, dişlərinizin arasında əzərək yumşaldın. Lif-lif ayrılmış bir diş fırçası olacaq;
Hər istifadədən əvvəl misvakı dişinizə əzərək yumşaldın. Suya soxmadan, dişinizə sürtərək istifadə edin. İçindən gələn ağ maddə həm dişləri ağardır, həm də ağız qoxusunun qarşısını alır;
İstifadə etdikdən sonra yuyub ucu yuxarı qalması şərtilə dik saxlayın;
İstifadə etdiyiniz uc qismindəki liflər təbii olaraq köhnəlib qopduqca bu hissəni tamamilə kəsin;
Misvakın uzunluğu bir qarşı, eni isə bir barmaq qədər olmalıdır;
Misvakdan istifadə edəndə güc tətbiq etməyin.
Oxu24.com
ŞƏRHLƏR