Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10157
az

Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ

16:3821 Fevral, 2019
937
  • A
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Qurumdan verilən məlumata görə, işçilərin minimum əmək haqqı 180 manata çatdırılmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edilərək martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.

Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər.

19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərdən maaşı minimum əmək haqqından aşağı olan işçilərin də əmək haqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi