Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10082
az

Azərbaycanda bu yollarda 30 santimetr qar var – HƏRƏKƏT DAYANDI

09:5719 Fevral, 2019
1111
  • A
Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkət çətinləşib.
Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yollarında yalnız hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət edə bilir. Belə ki, Muğanlı-İsmayıllı yolunun 138-ci kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın hündürlüyü 30 santimetrə çatıb.
Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə edilir.
Digər magistral və rayonlararası yollarda da qar yağsa da, nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yoxdur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi