Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10059
az

Kişi qadının daxili dünyası ilə qidalanır

18:4018 Fevral, 2019
703
CƏMİYYƏT
  • A
Kişinin daim əldə etməyə çalışdığı qadın resursu nədir? Seks? Dadlı yemək? Gözəllik? Əlbəttə ki, bütün bunlar kişi həyatının müxtəlif məqamlarında lazımdır, amma bu, başqa cür adlanır. Kişi öz məqsədlərinə doğru gedən yolda şəxsi fəallığa ehtiyac duyur.

Hamı bilir ki, kişilər sprinterdir. Nəticəyə çatmaq üçün hər atışdan sonra kişilər dincəlməlidir. İstirahət zamanı onlar şarj yığmalıdır ki, güc və enerji toplaya bilsin. Məlum olduğu kimi, kişiləri ruhlandıran başlıca qüvvə qadınlardır. Dolayısı ilə onlar əks cins tərəfindən şarj edilir.

Bir çox qadın düşünür ki, öz həyat yoldaşına enerji ötürə bilir. Lakin bir kişini qiymətli təlimatlarla aktivləşdirmək olmaz. Kişilər xilaskar qadın və ananın göstəriş və əmrlərinə dözmür. Ona sadəcə ruhlandırıcı qadın lazımdır.

İlhamdırıcı qadın olmağın sirləri haqqında çox sayda kitab, kurs və treninqlər olmasına baxmayaraq, çox az adam ilham mexanizminin necə işlədiyini və kişini daha faydalı addımlar atmağa sövq etmək yollarını bilir. Mexanizm isə həqiqətən də çox incədir. Mexanizmi deyir ki, kişi sadəcə qadının daxili dünyasndan ilham ala bilir. Əgər təbiət kişini mövcud dünya üçün yaradıbsa, qadını da daxili dünyaya səfər üçün yaradıb. Qadın kişini o zaman ruhlandıra bilir ki, o, öz düşüncələri, emosiya, hissləri və hərəkətləri ilə hormoniya içindədir. Psixologiyada harmoniya sözlər və düşüncələr emosiya və hisslərlə uzlaşdığı zaman meydana çıxır.

Qadın qışqırmasına, daxili təşviş keçirməsinə baxmayaraq, öz qabında ola, uzlaşma nümayiş etdirə və kişini nəyəsə ruhlandıra bilər. Qadın zahirən və daxilən vəhdətdə olmalıdır. Başlıcası odur ki, qadın daxilində baş verənləri ifadə etməkdən qorxmamalı və səmimi olmalıdır. Məsələn, həyəcanlı olduğunuz zaman kişinin nə cür reaksiya verəcəyindən çəkinmək lazım deyil. Yaxud da arzunuz tükənibsə, qarşı tərəfi yollamaqdan və ya incitməkdən qorxmaq lazım deyil. Öz əndişə və çarəsizliyinizdən qorxmayın, habelə anlamasını gözləmədən bunu özünüz ona bildirin. Unutmayın ki, təsdiqə ehtiyacı olmayan qadın amansızca öz həqiqətini ifadə edir və o, hər zaman zərifdir.

Kişini fəaliyyətə hiss, emosiya və sözləri bir-biri ilə səsləşən qadınlar ruhlandıra bilər. O, əvvəldə deyinə bilər, amma nəticədə mütləq hərəkətə keçəcək. Hətta qarşı tərəf az iş görsə belə, zərif qadın daxilən razılaşacaq və onun əməlini qəbul edəcək.

Qadın qəbul etməyi bacarır. Sizcə də, dünyadan baş verənlərdən imtina edən qadın gülməli deyilmi? Hadisə artıq baş verib və artıq fakta çevrilib. Əgər kimsə bununla razı deyilsə, hadisələrin gedişini gedib özü dəyişməlidir. Gülüncdür. Odur ki, baş verənləri şükranlıqla qəbul etmək və o insanı yeni işlərə təşviq etmək daha məntiqlidir.

Bu xüsusiyyətlərə sahib olan qadın həmişə kişi üçün zəngin ilham mənbəyidir. Belə qadın onun üçün enerji daşıyıcısıdır. O, qarşıya qoyduğu məqsədə doğru qadının ona yekdilliklə ötürdüyü enerji ilə hərəkət edir.

Belə bir qadın olmaq üçün ilk növbədə öz mənini özünü sağaltmaq lazımdır. Həyatda xarici dünyaya deyil, daxili aləmə arxalanmağı öyrənməlisiniz. Qadının kiminsə təsdiqinə ehtiyac yoxdur, qadın onu öz daxilində saxlaya və hər kəsə ötürə bilər.

Bir insan kiminsə təsdiqinə ehtiyac olmadığı zaman öz enerjisini digər insanların qiymətləndirməsi ilə məhdudlaşmır. O, reallığı aydın şəkildə qəbul edir və başqalarını da özü kimi olmağa həvəsləndirir. Bu gizli azadlıq kişiyə ilham verir. Necə olmasından asılı olmayaraq, kişi daha yaxşı olmağa can atır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ