Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10029
az

Allaha yaxın olan möminlər kimlərdir?

20:4917 Fevral, 2019
629
CƏMİYYƏT
  • A
Uca Allah buyurur: "Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə  təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!"- deyərlər.

Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
Onlar deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!"
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.
Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
Onlar deyərlər: "Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!"
Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.
Onlar orada əbədi qalacaqlar. O, nə gözəl məskən, necə də gözəl iqamətgahdır!" (əl-Furqan, 63-76).
Həmçinin, onların Axirətdəki mükafatları haqda belə buyurur:  
"Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir.
Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır.
Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə - ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə fırlanacaqlar.
Onları iri qaragözlü hurilər gözləyir - sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: "Salam! Salam!"- sözləri eşidəcəklər" (əl-Vaqiə, 10-26). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ