Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda yollar buz bağladı

Şamaxıda yollar buz bağladı

CƏMİYYƏT

565

17.02.2019, 17:57

\"\" Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub.
 Oxu24.com-a istinadən xəbər verir ki, iki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib. Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.
Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir. Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.