Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10011
az

Moskvada “Azərbaycan” cəmiyyəti təcili toplaşdı

23:4016 Fevral, 2019
1383
CƏMİYYƏT
  • A

  

Dünən Rusiya paytaxtında Moskva “Azərbaycan” cəmiyyətinin və diaspora fəallarının növbədənkənar iclası keçirilib. Iclas Moskvadakı “Neolit” restoranında bas vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan və çeçen xalqları arasında yaranmış gərginlik və onun azalması tədbirlərinə həsr olunub. Axşam saat 21.00-da başlayan iclas gecə yarısına qədər davam etmişdir. Moskva  “Azərbaycan” Cəmiyyətinin sədri Oktay Hüseynov yaranmış vəziyyət barədə qısa məlumat verdikdən sonra müzakirələr başlamışdır. Moskva “Azərbaycan” Cəmiyyətinin sədr muavini, Azərbaycan Respublikasi Daxili İşlər nazirinin kecmis muavini Qabil Məmmmədov azərbaycanlılar arasında gərginliyin mövcudluğunu, coxlu sayda hemyerlimizin çağırışla Moskvanın Kaşira rayonunda yığılmaq arzusunda olduğunu və onun tanıdığı gənclərin artıq geri qaytarıldığını vurğuladı. O iclas iştirakçılarından tanıdaqları adamları şaiyələrə uymamağaı xahiş etmələrinin vacib olduğunu vurgulayıb və həmyerlilerimizin şaiyələrə uymaması üçün bütün azərbaycanlılara müraciət edilməsini təklif etdi
 Tədbirdə çixış edən iş adamı , ÜAK-ın vitse prezidenti olmuş Mehrac Babayev gərginliyi azaltmaq istiqamətində çeçen dostları ilə təmasda olduğunu və bu hadisənin Çecenistan Prezidenti Kadırovun diqqət mərkəzində  olduğunu dedi. M.Babayev həmçinin gərginliyin aradan qaldırılması üçün dövlət rəhbərliyi və dini liderlər səviyyəsində təmasların olduğu barədə də məlumat verdi. O bildirib ki, Moskvada çeçen xalqının ağsaqqalları və daimi nümayəndə rəhbərlərinin operativ yığılaraq konfliktdə iştirakçı  olan Sali rayonundan olan gencin ağsaqqalını da tədbirə dəvət ediblər. Ağsaqqaldan iki xalq arasında gərginliyin aradan götürülməsi üçün tədbirlər görməsi tələb olunmub.

Mehrac Babayev daha sonra proseslərin idarə olunması istiqamətindəki tədbirlərdə çeçen xalqının nümayəndələrinin öz ağsaqqallarının tələblərinə daha hörmətlə yanaşdığını və bütün çeçenlərin bir mərkəzdən rahatlıqla idarə olunduğunu bildirdi. Mehrac bəy daha sonra iclas iştirakçılarına bu gün ziyalıların və diaspora liderlərinin yığıldığı  bu günki iclasının qərarlarına həmyerlilərimiz tərəfindən hörmətlə əməl olunacağına inandığını bildirərək, hadisələri nəzarətdə saxlamağın mümkünlüyünü vurğuladı.

Cəmiyyətin sədr muavini Səyavuş Mustafayev (Naxçıvan MR keçmis Daxili işlər naziri əvəzi) bu gərginliyin yaranmasi üçün ardıcıl təxribat xarakterli hadisələrin baş verdiyi və hadisələr gərginliyə doğru gedərsə, bu prosesin nə Rusiya hökumətinə, nə Azərbaycan, nə də çeçen xalqına fayda verməyəcəyini dyib. O, bu halların Rusiya hüquq mühafizə orqanlarının obyektiv istintaq aparılmasını çətinləşdirə biləcəyini vurğuladı və hamını sakitliyə dəvət etdi.

İclasda video baglantı ilə çıxış edən RAFMM Azerrosun kecmis vitse prezidenti Şamil Qurbanov öz çıxışında hadisələrin Peçatniki rayonunda baş verdiyi, uç azərbaycanlının yaralandığı və əslən Tovuz rayonundan olan gunahsiz bir taksi sürücüsünün vəfat etdiyini vurgulayarag, qalan ölüm hadisələrinin şaiyə olduğunu və belə şaiyələrə inanmamağa çağırdı. O ora hücum etmiş 50 nəfərin yarısının  və 3 azərbaycanlının həbs olunduğunu bildirdi. Daha sonra o Azərbaycanın Rusiyadaki səfiri cənab Polad Bülbüloğlu ilə təmasda olduğunu və onun fikrini iclas iclas iştirakçılarına çatdırdı: “bu hadisənin Azərbaycan Prezidenti cənab Ilham Əliyevin diqqət mərkəzində  olduğu və dövlət rəhbərliyi və dini qurumların rəhbərləri arasında təmasların olduğu və neqativ hadisələrin qarşısının alınması istiqamətində danışıqlar aparıdığını vurğuladı”.

“Azrbaycan diasporu” qəzetinin baş redaktoru Rafiq Aranlı çeçen dostları ilə təmasda olduğunu, onların da coxunun bu işdən xəbəri olmadığını və hamının bişi təxribata bənzədiyini dedi və dostlarla birlikdə mənfi addımların atılmasının qarşısının alınmasını vurğuladı. O, Azərbaycan xalqını, torpağımızı işğal etmiş ermənilərdən basqa bütün xalqlarla, o cümlədən çeçen xalqı ilə və onun nümayəndələri ilə  dostluğun vacib olduğunu vurğuladı. O bu gün hörmətli çeçen dostları görüşəcəyini və hamıya yaxın günlərdə öz çeçen dostları çay süfrəsində görüşməyi məsləhət bildi.

Cəmiyyətin sədr müavini Əhməd Abulov belə gərginliyin Rusiya ərazissində baş verməsinin, yaşadığımız dövlətdə heç heç kimə və heç bir xalqa fayda verməyəcəyini və qarşıdurmanı azltmaq üçün bütün Qafqaz xalqlarının iştirak etdiyi Rusiya Qafqaz Xalqları Konqresinin yaxın günlərdə bütün xalqların iştirakı ilə konfransın çağırılmasının təşəbbüsçüsü olmağı cəmiyyətin sədri Oqtay Hüseynovdan xahiş etdi.

İclasda video görüntü ilə iştirak edən cəmiyyətin sədr müavini Qeys Məmmədov çeçen dostlarla təmasa girib onlarla birlikdə hər iki xalqa dostluq bəyanatı ilə müraciət etməyin vacibliyini vurğuladı
 

 

 

 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ