Miras payı ilə bağlı MÜHÜM MƏLUMAT
09 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1608
19.02.2026, 12:03
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısını alıb. Rusiya Federasiyasının "Пищевые Ингредиенты" adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Cəmiyyətdə palma yağı haqqında onsuz da yaxşı fikir formalaşmamışdı. Palma yağında kimyəvi emal çirkləndiricisinin olması nə deməkdir? Palma yağı hansı hallarda zərərli hesab edilir? Ümumiyyətlə, palma yağı insan orqanizmi üçün təhlükəlidirmi?
Qida məsələləri üzrə ekspert Ağa Salamov Oxu24.com-un mövzu ilə bağlı suallarını cavablandırıb.
A.Salamov bildirib ki, sözügedən 3-monoxlorpropan-1,2-diol yağların yüksək temperaturda emalı zaman əmələ gələn bir maddədir.
"Hansı ki, bu əsasən rafinasiya mərhələsində baş verir. Rafinasiya xam maldan, xam yağlardan sərbəst yağ turşularının, fosfatidlərin (selik), rəngin, dadın və qoxunun, həmçinin çirklərin kimyəvi və ya fiziki üsullarla təmizlənməsidir. Məhz bu prosesdən sonra yağ yeməli, normativlərə uyğun və şəffaf hala gətirilir. Bundan başqa zeytun yağı istisna olmaqla, bütün bitki mənşəli maye və ya bərk yeməli yağlar xoşagəlməz qoxular ehtiva edir.
Xüsusən, palma yağlarında bu qoxu daha sərt və xoşagəlməzdir. Bu qoxular istehsalın son mərhələsində yağdan təmizlənməlidir. Yağ istehsalında bu proses deodorizasiya adlanır.Rafinasiya zamanı 200-240 dərəcə temperaturda emal olunan məhsulda yağ turşuları ilə ionlar reaksiyaya girir.Bu zaman 3-monoxlorpropan-1,2-diol maddəsi əmələ gəlir. Bu maddə xloropropanolun( xloropropanol -bəzi istehsal proseslərində həlledici kimi istifadə olunan kimyəvi maddədir) ən çox yayılmış çirkləndiricisidir və orqanizm üçün zərərlidir. Yəni, birbaşa ürəyə, qaraciyərə, böyrəyə, damar və hüceyrələrə təsir etdiyi üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Qida Təhlükəsizliyi Agentliyinin ayıq-sayıqlığı tərkibində 3-monoxlorpropan-1,2-diol maddəsi olan bu yağın ölkəyə buraxılması əngəllənib”-deyə Ağa Salamov bildirib.
Əntiqə Rəşid
00:02 / 14 Noyabr 2026
1
23:58 / 13 Noyabr 2026
35
23:49 / 13 Noyabr 2026
43
23:40 / 13 Noyabr 2026
58
23:28 / 13 Noyabr 2026
61
23:22 / 13 Noyabr 2026
72
23:17 / 13 Noyabr 2026
73
23:09 / 13 Noyabr 2026
83
23:05 / 13 Noyabr 2026
80
23:02 / 13 Noyabr 2026
84
22:53 / 13 Noyabr 2026
94
22:49 / 13 Noyabr 2026
91
22:41 / 13 Noyabr 2026
89
22:36 / 13 Noyabr 2026
103
22:18 / 13 Noyabr 2026
97
22:13 / 13 Noyabr 2026
96
22:03 / 13 Noyabr 2026
543
21:43 / 13 Noyabr 2026
902
21:36 / 13 Noyabr 2026
104
21:29 / 13 Noyabr 2026
132
21:24 / 13 Noyabr 2026
270
21:03 / 13 Noyabr 2026
113
20:58 / 13 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.