Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
6195
27.08.2025, 11:23
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu şəxsiyyət vəsiqəsi olmadan yaşayan şəxsin daşıdığı məsuliyyətlə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinin 565-ci maddəsinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə-xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Yəni,Azərbaycan Respublikası vətəndaşı onun kimliyini təsdiq edən şəxsiyyət vəsiqəsinə malik olmalıdır.
Bəs,şəxsiyyət vəsiqəsini itirən şəxs nə etməlidir?
Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.
Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.
Dövlət rüsumunun məbləği
15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.
15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
· on iş günü müddətində verildikdə - 30 manat;
· üç iş günü müddətində verildikdə - 70 manat;
· bir iş günü müddətində verildikdə - 90 manat.
Bundan öncə Azərbaycanda fahişəliklə məşğul olanların cəzası ilə bağlı araşdırma təqdim etmişdk.
Hazırladı: Miri Məcidli
16:49 / 14 Avqust 2026
47
16:46 / 14 Avqust 2026
43
16:37 / 14 Avqust 2026
41
16:25 / 14 Avqust 2026
48
16:11 / 14 Avqust 2026
52
15:50 / 14 Avqust 2026
60
15:31 / 14 Avqust 2026
75
15:29 / 14 Avqust 2026
68
15:12 / 14 Avqust 2026
65
14:59 / 14 Avqust 2026
92
14:50 / 14 Avqust 2026
209
14:40 / 14 Avqust 2026
92
14:23 / 14 Avqust 2026
73
14:22 / 14 Avqust 2026
80
14:06 / 14 Avqust 2026
83
14:03 / 14 Avqust 2026
78
13:59 / 14 Avqust 2026
92
13:56 / 14 Avqust 2026
69
13:48 / 14 Avqust 2026
2388
13:40 / 14 Avqust 2026
73
13:30 / 14 Avqust 2026
72
13:26 / 14 Avqust 2026
66
13:15 / 14 Avqust 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.