Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlik Rəna Soltanovadan əl çəkmir - Qəfil yoxlama başladı 

Nazirlik Rəna Soltanovadan əl çəkmir - Qəfil yoxlama başladı 

AKTUAL

894

07.03.2025, 19:44

Bu gün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilib. 

Qurumdan Oxu24.com-a  verilən məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu. 

Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib. 

Yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Qeyd edək ki, İXM-nin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqdan bəhs edir. Bu maddənin tələblərini pozan fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Digər xəbərlər

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub 

15:03 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub 

1

0
Gənc qanı ilə cavanlaşmaq mümkündür? – Həkimdən AÇIQLAMA  

14:55 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Gənc qanı ilə cavanlaşmaq mümkündür? – Həkimdən AÇIQLAMA  

26

0
Ekspres avtobuslarda yenilik

14:49 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ekspres avtobuslarda yenilik

35

0
medialiteracy-media-gov
Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında  

14:37 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında  

41

0
Azərbaycan Liderinin Özbəkistan səfəri bizə nələri vəd edir? — Mühüm detallar AÇIQLANIR

14:30 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Liderinin Özbəkistan səfəri bizə nələri vəd edir? — Mühüm detallar AÇIQLANIR

108

0
Bakı Yaxın Şərqdə barışdırıcı missiyada: İsrail-Türkiyə gərginliyində Azərbaycan vasitəçi ola bilərmi? — ŞƏRH  

14:05 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Yaxın Şərqdə barışdırıcı missiyada: İsrail-Türkiyə gərginliyində Azərbaycan vasitəçi ola bilərmi? — ŞƏRH  

63

0
Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun! 

14:00 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun! 

68

0
İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq" 

13:59 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq" 

62

0
Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır 

13:56 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır 

64

0
Azərbaycan və Özbəkistan regionda mühüm tərəfdaşlara çevrilirlər - RƏY 

13:52 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan regionda mühüm tərəfdaşlara çevrilirlər - RƏY 

54

0
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Daşkənddən Buxaraya səfərlə bağlı paylaşım edilib - VİDEO 

13:47 / 24 Avqust 2026

OXU24 TV OXU24 TV

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Daşkənddən Buxaraya səfərlə bağlı paylaşım edilib - VİDEO 

63

0