Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113420
az

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT

09:1430 İyun, 2024
1360
18+
  • A

Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov, APA -ya  bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.

Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov, Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir, Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.

Sonra Bəşir yoldaşından ayrılıb, başqası ilə ailə həyatı qurub. Bir neçə gün bundan əvvəl yenə də onların arasında mübahisə yaranıb. Buna dözməyən Bəşir, atalarından yadigar qalan ov tüfəngini götürüb Namiki qətlə yetirib, sonra da həmin ov tüfəngi ilə üz nahiyəsinə atəş açaraq, özünü də öldürmək istəyib.

Hazırda faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Toy gecəsinə necə hazırlaşmalı? - İLK CİNSİ ƏLAQƏDƏ ÖNƏMLİ MƏQAMLAR

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi