Bir böyrəyi olmayan şəxs nə zaman pensiya ala bilər? — AÇIQLAMA
26 Mart 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
4848
28.01.2020, 12:13
Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən oxu24.com-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. 2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.
Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin oxuyun
Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
Virusla bağlı video:
20:32 / 26 Mart 2026
21
20:20 / 26 Mart 2026
26
20:12 / 26 Mart 2026
33
19:55 / 26 Mart 2026
46
19:49 / 26 Mart 2026
181
19:37 / 26 Mart 2026
84
19:35 / 26 Mart 2026
894
19:30 / 26 Mart 2026
188
19:21 / 26 Mart 2026
1535
19:16 / 26 Mart 2026
351
19:07 / 26 Mart 2026
155
18:56 / 26 Mart 2026
82
18:45 / 26 Mart 2026
102
18:35 / 26 Mart 2026
90
18:25 / 26 Mart 2026
111
18:08 / 26 Mart 2026
116
18:08 / 26 Mart 2026
298
18:04 / 26 Mart 2026
129
17:57 / 26 Mart 2026
189
17:55 / 26 Mart 2026
78
17:53 / 26 Mart 2026
128
17:44 / 26 Mart 2026
205
17:38 / 26 Mart 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.