Qaynar xətt:

(+99450) 247 90 86

Baloğlan Əşrəfova görə efiri tərk edən əməkdar artist: "Kefim korlanır, oxumasın" - VİDEO - FOTO

ŞOU-BİZNES

1152

13.02.2020, 19:07

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonaqları əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli olub.

Oxu24.com bildirir ki, verilişin aparıcısı Nazilə Səfərli, tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq Baloğlan Əşrəfovdan "Ana" muğamı oxumasını istəyib.

Əməkdar artist ifanı səsləndirməyə başlayan zaman Nüşabə Ələsgərli buna etiraz edib:

"Səhər tezdəndən ağlamaq istəmirəm. İstəmirəm. Kefim korlanır".

Aparıcı Nüşabə Ələsgərlini fikrindən daşındırmağa çalışsa da istəyinə nail ola bilməyib. Müğənni ifa əsnasında efiri tərk edib.