Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
13 İyul 2025, 09:24
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
516
14.02.2020, 11:55
“Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da vardı”.
Oxu24.com xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib.
O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir:
“Dünənə qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə heç bir şikayət daxil olmamışdı. Ona görə bunları görmədən fikir söyləyə bilmərəm. Eyni zamanda bəyan edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıram”.
Ç.Qənizadə qeyd edib ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz:
“Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun. Bu gedişdən hiss olunur ki, hələ bir neçə dairə haqqında da müvafiq qərarlar qəbul olunacaq. O baxımdan həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Əgər yeni seçkilər keçiriləcəksə, bu seçkidə iştirakla bağlı israrlı olacağam. Çünki 10 il ərzində bu dairədə kifayət qədər görüşlər keçirmişəm.
Həmçinin oxuyun
Hər il seçicilərimlə görüşlərdə olmuşam. Ümumilikdə, hər 5 ildə 250-dən çox görüş keçirmişəm. Yüzlərlə insanı qəbul edib onlara dəstək vermişəm. Əgər seçkilər qısa zaman ərzində - yaxın 3-5 ay müddətində keçirilərsə, iştirakla bağlı qərar qəbul edəcəyəm”.
Hüquq müdafiəçisi olduğunu vurğulayan Ç.Qənizadə bildirib ki, onun üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur:
“Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi. Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum.
Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır. Əgər seçkilər keçiriləcəksə, digər dairələrdən namizədliyimin verilib-verilməməsi məsələsi tərəfimdən təhlil olunacaq və müəyyən qərar veriləcək.
Hansı dairədən olmasından asılı olmayaraq Azərbaycan parlamentində olmaq, millət vəkili kimi fəaliyyət göstərmək və qanunvericiliyin yaradılmasında aktiv iştirak etmək, cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın apardığı islahatlara dəstək vermək, təhlil etmək, ölkənin daxili və xarici siyasətində baş verənləri seçicilərə çatdırmaq böyük şərəfdir.
Bu proseslərdə iştirak etmək üçün namizədliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm”.
14:04 / 13 İyul 2025
Pezeşkian həmin hücumda yaralanıbmış
1
13:37 / 13 İyul 2025
Hava ilə bağlı AÇIQLAMA
21
13:36 / 13 İyul 2025
Bu gün 34 mindən çox abituriyent imtahan verib
20
12:05 / 13 İyul 2025
Sumqayıtda atışma olub: Ölən var
374
12:00 / 13 İyul 2025
Qazaxda əkin sahəsində kişi meyiti tapılıb
55
11:59 / 13 İyul 2025
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
43
11:47 / 13 İyul 2025
Mədəsindən 27 alışqan çıxardılar - FOTO
52
11:43 / 13 İyul 2025
SON DƏQİQƏ! Rasimlə bağlı açıqlama
914
11:34 / 13 İyul 2025
Termosa görə kor oldular - minlərlə məhsul geri çağırılır
63
10:39 / 13 İyul 2025
Türkiyədə yenə zəlzələ oldu
66
10:20 / 13 İyul 2025
Bu ərazilər 5 gün qazsız qalacaq
69
09:55 / 13 İyul 2025
Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOlar
78
09:45 / 13 İyul 2025
Beynin "zəif nöqtəsi" tapıldı
67
09:24 / 13 İyul 2025
Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
65
09:24 / 13 İyul 2025
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir-INANANILMAZ
68
09:14 / 13 İyul 2025
Maşını qadına sürməyə verdi, o da dənizə saldı - VİDEO
71
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
401
23:49 / 12 İyul 2025
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
290
23:14 / 12 İyul 2025
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
186
22:19 / 12 İyul 2025
14 yaşlı oğlan su arxında boğulub öldü
163
22:15 / 12 İyul 2025
Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı
995
21:06 / 12 İyul 2025
Dizel və benzinlə bağlı yenlik
178
20:49 / 12 İyul 2025
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
370
20:36 / 12 İyul 2025
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
276
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.