Böyrək büzüşməsi niyə baş verir? Uroloq AÇIQLADI
31 İyul 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
82
31.07.2026, 15:10
Qan analizlərinin nəticələrində meydana çıxan dəyişikliklər insan orqanizmində baş verən müxtəlif proseslərin göstəricisi kimi çıxış edir. Xüsusilə trombositlərin səviyyəsinin normadan aşağı düşməsi insanlarda ciddi narahatlığa səbəb olan məqamlardandır. Bir çox hallarda bu göstəricinin azalması orqanizmdə gedən patoloji proseslərin ilkin xəbərçisi hesab olunur. Mütəxəssislər bildirirlər ki, qan tərkibindəki bu azalmanın dəqiq səbəbini öyrənmək üçün mütləq dərindən müayinə aparılmalıdır. Zamanında qoyulan düzgün diaqnoz isə gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almağa imkan verir.
Mövzu ilə bağlı Oxu24.com-a tanınmış pediatr-hematoloq Dr. Mireldar Babayev açıqlama verib.
Mütəxəssis bildirib ki, qan analizində trombositlərin sayının az çıxması mütləq şəkildə hər hansı bir xəstəliyin əlamətidir:
"Trombositlərin az olması hökmən xəstəlik əlamətidir. Lakin bunun hansı xəstəliyin göstəricisi olduğunu müəyyən etmək üçün hərtərəfli araştırma aparılmalıdır. Bu hal trombositlərin öz yerində — sümük iliyində az istehsal olunması ilə bağlı ola bilər. Məsələn, qan xərçəngi xəstəliyində, aplastik anemiyada və ya sümük iliyinin müxtəlif səbəblərdən boşalması nəticəsində trombositlərin yaranmasının azalması müşahidə edilir”.
Dr. M.Babayev vurğulayıb ki, digər bir səbəb hüceyrələrin periferik qanda vaxtından əvvəl parçalanmasıdır:
"Yaxud da trombositlər çox normal yaranır, lakin periferik qana keçəndən sonra orada parçalanır. Normada trombositlərin yaşama müddəti 7–10 gündürsə, bəzi xəstəliklərdə bu müddət 1–2 günə, hətta bir neçə saata qədər qısalır. Kökündə nəyin dayandığını araştırıb tapmaq, mütəxəssis tərəfindən düzgün diaqnozun qoyulması birbaşa hematoloqun gələcək işi ilə bağlıdır. Bir daha təkrar edirəm ki, trombositlərin az olması hökmən və hökmən hansısa xəstəliklə bağlıdır".
16:01 / 31 İyul 2026
19
15:59 / 31 İyul 2026
21
15:45 / 31 İyul 2026
49
15:45 / 31 İyul 2026
41
15:30 / 31 İyul 2026
45
15:12 / 31 İyul 2026
54
14:55 / 31 İyul 2026
66
14:30 / 31 İyul 2026
74
14:29 / 31 İyul 2026
83
14:12 / 31 İyul 2026
81
13:53 / 31 İyul 2026
85
13:35 / 31 İyul 2026
82
13:25 / 31 İyul 2026
94
13:12 / 31 İyul 2026
106
13:07 / 31 İyul 2026
72
13:01 / 31 İyul 2026
72
12:55 / 31 İyul 2026
85
12:52 / 31 İyul 2026
85
12:50 / 31 İyul 2026
114
12:47 / 31 İyul 2026
80
12:40 / 31 İyul 2026
86
12:38 / 31 İyul 2026
518
12:20 / 31 İyul 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.