Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
257
23.07.2026, 16:30
Son illərdə paytaxtın və ölkənin müxtəlif bölgələrinin küçələrində, parklarında, eləcə də yaşayış binalarının həyətində skuter sürən azyaşlıların sayı sürətlə artmaqdadır. Çox vaxt valideynlər bu nəqliyyat və əyləncə vasitəsini uşaqlar üçün zərərsiz, eyni zamanda asudə vaxtın səmərəli keçirilməsi kimi qiymətləndirirlər. Lakin tibb mütəxəssisləri bu rahatlığın arxasında böyük bir təhlükənin gizləndiyini vurğulayaraq ciddi həyəcan təbili çalırlar. Skuterlərin uzunmüddətli, fasiləsiz və nəzarətsiz şəkildə istifadə olunması formalaşmaqda olan uşaq orqanizminə, xüsusilə də onurğa sütununa ciddi xələl gətirir. Böyümə dövründə olan uşaqların fiziki inkişafında yaranan bu pozuntular gələcəkdə reabilitasiya və müalicə tələb edən ağır sağlamlıq problemlərinə yol aça bilər. Eyni zamanda, sakinlər və valideynlər arasında da bu məsələyə münasibət birmənalı deyil; bir çox valideynlər skuter yerinə uşağın əzələ sistemini daha aktiv çalışdıran velosipedlərə üstünlük verilməsini vacib sayırlar.
Məsələnin ciddiliyini nəzərə alaraq Oxu24.com mövzu ilə bağlı mütəxəssis rəyini öyrənib. Diagnoz Tibb Mərkəzinin ortoped-travmatoloqu Dr. Zahid Səfərov saytımıza açıqlamasında skuterlərin uşaq orqanizminə vurduğu gözəgörünməz fəsadları və diqqət edilməsi gərəkən məqamları ətraflı şərh edib.
Dr. Zahid Səfərov bildirib ki, skuter sürərkən yaranan mexaniki təkanlar birbaşa uşağın dayaq-hərəkət sisteminə mənfi təsir göstərir:
"Skuter sürülən zaman xüsusilə boyun və bel nahiyəsində yerləşən onurğa fəqərələrinə həddindən artıq çox vibrasiya düşür. Bu fasiləsiz və güclü vibrasiya yükü uşaqlarda gələcəkdə əzələ zəifliyinə, oynaq travmalarına, ən əsası isə onurğa sütununun əyilməsinə (skolioz və qamət pozuntularına) gətirib çıxarır. Uşaq orqanizmi hələ tam formalaşmadığı üçün bu cür vibrasiya yükünə qarşı çox həssasdır”.
Mütəxəssis valideynlərə mühüm tövsiyələr verərək skuterlə keçirilən vaxtın mütləq məhdudlaşdırılmalı olduğunu vurğulayıb:
“Gün ərzində 2-3 saat aramsız şəkildə skuter sürmək qətiyyən məsləhət görülmür. Müddət uzandıqca vibrasiyanın mənfi təsiri qat-qat artır və böyüyən uşaq orqanizmində ciddi fəsadlar yaradır.
Digər bir vacib məsələ isə zədələnmə və yıxılma riskidir. Skuterdən yıxılma zamanı baş verə biləcək travmaların qarşısını almaq üçün valideynlər mütləq uşaqların qoruyucu dizliklərdən və dəbilqədən (şlem) istifadə etməsinə nəzarət etməlidirlər”.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.